waplog

“Firefox” veb-səyyahı daha saytların ikonkalarını göstərməyəcək


"Firefox" veb-səyyahının istehsalçıları saytların ikonkasının (favicons) ünvan sətrində göstərilməməsinə dair qərar qəbul ediblər. Bu barədə "Mozilla" şirkətinin əməkdaşı Cared Ueynin öz bloqunda bildirilib.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Cared Ueyn qeyd edib ki, ikonkalardan imtina etmək qərarı təhlükəsizlik ilə bağlıdır.

Bəzi saytlar sayt ikonkası (favicons) kimi təhlükəsiz əlaqə simvolundan istifadə edir. Belə simvolu (qıfıl) görən istifadəçi təhlükəsiz əlaqənin qurulduğuna əmin olur, halbuki heç də belə deyil.

Bundan sonra "Firefox" veb-səyyahında saytın öz ikonkasının əvəzinə Yer kürəsi ikonkası əks olunacaq. Əgər təhlükəsiz əlaqə qurulubsa, istifadəçi qıfıl ikonkasını görəcək. "SSL" sertifikatının tipindən asılı olaraq qıfıl boz və ya yaşıl rəngdə olacaq.
 



EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL