İşlənmiş sərt diskdə əvvəlki sahibinin şəxsi məlumatları saxlanılır
Britaniyanın İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış tədqiqatın məlumatlarına əsasən, təkrar bazardan alınmış təxminən hər onuncu sərt diskdə əvvəlki sahibinin şəxsi məlumatları yerləşib. Tədqiqat üçün müxtəlif mənbələrdən sərt disklər toplanılıb.
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, tədqiqat üçün düz 200 sərt disk toplanıb. Nəticədə məlum olub ki, həmin sərt disklərin 11%-də şəxsi məlumatlar yerləşib.
Yuxarıda adı çəkilmiş idarə bundan əvvəl analoji tədqiqatı mobil telefonlar üzərində aparmışdı. Həmin tədqiqat nəticəsində məlum olub ki, hazırda 21% istifadəçi öz köhnə planşet və ya smartfonlarını tullamır, onları satmağa qərar verirlər. Bu halda onlar məlumatların tam silinməsinə diqqətli yanaşmadıqda güclü risk edirlər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL