waplog

Azərbaycanda nəqliyyat və poçt tarifləri indeksi martda 0,3% yüksəlib


Bu ilin mart ayında Azərbaycanda nəqliyyat və poçt tarifləri indeksi fevral ayına nisbətən 100,3%, keçən ilin müvafiq dövrünə nisbətən 97,6% təşkil edib.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, telekommunikasiya tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, keçən ilin yanvar-mart aylarına nisbətən isə 4,8% aşağı düşüb.
 
«Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 12,1%, ixrac üzrə 9,6%, tranzit yüklərin daşınması üzrə 4,6% bahalaşıb, yerli əlaqələr üzrə isə 11,3% ucuzlaşıb. Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 1,9% ucuzlaşma müşahidə olunub», - deyə Komitədən bildirilib.
 
Dəniz nəqliyyatı vasitəsilə və avtomobil nəqliyyatı ilə yükdaşıma və sərnişindaşıma tariflərində heç bir dəyişiklik müşahidə olunmayıb, ay ərzində poçt tarifləri dəyişməz qalıb.
 
Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifləri və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,5% və 1,5%, digər ölkələrə isə sərnişindaşıma tarifləri 3,7% ucuzlaşıb.Boru kəməri vasitəsilə neftin nəql olunma tarifləri 0,2% bahalaşıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL