waplog

Yeni “Galaxy S III” dördnüvəli “Samsung” prosessoru ilə təchiz ediləcək


"Samsung Electronics" şirkəti smartfonlar üçün ilk dördnüvəli "Exynos" prosessorunu təqdim edib. "Exynos 4 Quad" 32 nanometrlik texnoloji prosesə əsaslanır və 1,4 giqahers takt tezliyində işləyir. Şirkət nümayəndələri bildiriblər ki, prosessorun kütləvi istehsalına artıq başlanıb və "çip nümayişi mayda baş tutacaq qabaqcıl "Samsung Galaxy S III" smartfonunda quraşdırılacaq".

"İCTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən  bildirir ki, əvvəlki nəsil prosessorlarla müqayisədə yeni çip elektrik enerjisindən 20 faiz az istifadə etməklə ikiqat məhsuldarlıq hasil edəcək.

"Exynos 4 Quad" ölçüsü baxımından əvvəlki nəsil "Exynos 4 Dual" prosessorlarına uyğun gəlir. Bu, yeni prosessorda az konstruksiya dəyişiklikləri etməklə ondan mövcud işləmələrdə istifadə etməyə imkan verir. "Samsung" mütəxəssisləri qeyd edirlər ki, yeni çip eyni anda bir neçə əməliyyatı emaletmə baxımından 1 və 2 nüvəli prosessorlarda olmayan imkanları təqdim edəcək.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL