waplog

DMX-nin elektron xidmətlərindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edir


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 may 2011-ci ildə «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» verdiyi 429 nömrəli fərmanına uyğun olaraq Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən fərmanın 2-ci bəndində nəzərdə tutulan tədbirlərin icrası başa çatdırılıb.

Belə ki, bu müddət ərzində  DMX-nin səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlərin göstərilməsi üçün qurumun rəsmi internet səhifəsində (migration.gov.az) xüsusi elektron bölmə yaradılıb və müvafiq sənədlərin (ərizə, blank və digər) elektron forması hazırlanıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə DMX-nin sözçüsü Zərnişan Əhmədova məlumat verib.

Onun sözlərinə görə, saytın «Elektron xidmət» bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adı, bü xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron forması yerləşdirilib və şəxslərin bu bölmədən məneəsiz, sərbəst istifadəsi təmin edilib.

Z.Əhmədova deyib ki, elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilən qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsi və bu barədə göndərən şəxsə sənədlərin qəbul edilməsini təsdiq edən bildirişin göndərilməsi təmin olunub: «Bununla yanaşı, elektron formada qəbul edilən sənədlərlə bağlı əlavə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi və göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi istiqamətində müvafiq işlər davam etdirilib.

Bütün bunların nəticəsi olaraq 2011-ci ilin sentyabrın 1-dən etibarən Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, əcnəbinin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin alınması və ya müddətinin uzadılması, Azərbaycan vətəndaşlığının əldə edilməsi, Azərbaycan vətəndaşlığına bərpa edilməsi, Azərbaycan vətəndaşlığına xitam və miqrasiya orqanlarına qulluğa qəbul olunma ilə bağlı elektron xidmətlərin göstərilməsinə başlanılıb.

Hazırda Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan vətəndaşları, həmçinin işəgötürən fiziki və hüquqi şəxslər tərəfindən qeyd olunan məsələlərlə bağlı elektron müraciətlər daxil olmaqdadır. Daxil olan elektron müraciətlərin qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması işi yüksək səviyyədə təmin edilib».


SEYMUR
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL