Mobil telefonlar zərərli deyil
Britaniyanın sağlamlığın mühafizəsi üzrə agentliyinin dərc etdiyi növbəti hesabatda qeyd edilib ki, mobil telefonların insan sağlamlığına ziyan vurması haqqında inandırıcı sübut indiyə kimi yoxdur.
“İCTnews.az” elektron xəbər xidməti “ru.tsn.ua” saytına istinadən bildirir ki, bununla bağlı bir neçə yüz tədqiqat araşdırmış britaniyalı mütəxəssislər mobil telefondan aktiv istifadə etdikdə xərçəng, beyin xəstəlikləri və sonsuzluq kimi xəstəliklərin inkişaf riskinin artması ilə əlaqədar inandırıcı sübutlar əldə etməyiblər.
Bununla belə, alimlər bildiriblər ki, bu problem nəzarətdə saxlanmalıdır, çünki uzunmüddətli təsir haqqında hələlik az məlumdur.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL