waplog

“Amazon” şirkəti hesabat verib


"Amazon" şirkəti rüblük nəticələrlə bağlı hesabat dərc edib."İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən  bildirir ki, hesabat dövründə şirkətin xalis mənfəəti 130 milyon dollar və ya 1 səhm üçün 28 sent təşkil edib. Şirkətin satış həcmi 34% artaraq 13,2 milyard dollara bərabər olub. Rüblük nəticələrin dərc edilməsindən sonra şirkətin səhmlərinin qiyməti 15 faiz artıb.

"Amazon"un baş direktoru Ceff Bezos bildirib ki, şirkət hazırda "Kindle" riderlərinin yeni versiyaları üzərində işləyir, həmçinin şirkətin əsas məhsulları ilə bağlı yeni internet xidmətləri hazırlayır. "IDC" analitik şirkətinin məlumatına əsasən, hazırda Amerikanın planşet bazarında satışlar üzrə birinci yerdə "iPad", ikinci yerdə məhz "Kindle Fire" qərarlaşıb.
 






EMİL  
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL