waplog

Mingəçevirdə pulsuz kompyuter kursları fəaliyyətə başlayıb


Mingəçevirdə pulsuz kompyuter və dərzilik kursları fəaliyyətə başlayıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu və digər tədbirlər Mingəçevir Valideynlər Assosiasiyası (MVA) İctimai Birliyinin yeni layihəsi çərçivəsində mənəvi qəzalara məruz qalan insanlar üçün həyata keçirilir.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Sosial-mənəvi qəza qurbanlarını ailələrinə və cəmiyyətə qaytarmaq üçün təbliğatın nəzəri və praktik aspektləri” barədədir.

Bununla bağlı Mingəçevir Media Mərkəzində keçirilən təqdimat mərasimində MVA-nın prezidenti və layihənin rəhbəri Fərman Nəbiyev bildirib ki, aprelin 16-dan başlayan layihədə mənəvi qəza qurbanları üçün kompyuter və dərzilik kursları, hüquq və  psixoloji yardımlar, tibb müəssisələrinə və iş yerlərinə istiqamətləndirmə, ailəyə qayıdışa kömək,  təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında görüşlər, regional  TV-də maarifləndirmə ilə bağlı tədbirlər yer alıb: “Məqsədimiz mənəvi qəza qurbanlarına gücümüz daxilində kömək etmək, ictimaiyyətin diqqətini onların  problemlərinə və çıxış yollarına yönəltməkdir”.

F.Nəbiyevin sözlərinə görə, gələcəkdə də mövcud kateqoriyadan olan insanlar üçün pulsuz təlimlər aparmağa, onların problemlərini həll etməyə təşkilatın gücü çatacaq: “Bizim artıq kompyuter mərkəzimiz, tikiş seximiz var, avadanlıq almağa ehtiyac yoxdur. Yerimiz özəl olduğundan kirayə haqqı da ödəmirik, yalnız təlimçilərin əmək haqqını ödəmək qalır ki, bunu da digər gəlirlərimiz hesabına ödəyə biləcəyik”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL