“Nokia Lumia 800” smartfonu kosmosda
Sauthempton Universitetində çalışan alimlər “Nokia Lumia 800” smartfonundan stratostat (stratosferə qalxmaq üçün aerostat) uçuşunun trayektoriyasının təyin edilməsi üçün proqram təminatı yaratmağa kömək edəcək cihaz kimi istifadə ediblər. Aparat stratosferə hava şarı vasitəsilə göndərilib və qarşısında qoyulmuş tapşırıqları tam şəkildə yerinə yetirərək geri qayıdıb.
Smartfon fotoşəkillər çəkməli, “GPS” vasitəsilə öz yerini müəyyən etməli və məlumatları şəbəkə vasitəsilə göndərməli idi. Qurğu 32 kilometr hündürlükdə çox aşağı atmosfer təzyiqində və mənfi 61 selsi dərəcə temperaturda işləyib. Aparat uçuş prosesində 2 qiqabaytlıq məlumat yaza bilib.
Alimlər qeyd ediblər ki, “Lumia 800” smartfonu məlumatları 8 kilometr hündürlükdən ötürə bilib. Bu, çox əla göstəricidir: digər smartfonlar adətən artıq 5 kilometr hündürlükdə işləmirlər.
Məlumat üçün qeyd edim ki, “Nokia Lumia 800” smartfonu kosmosa göndərilən ilk smartfon deyil; ona qədər “Apple iPhone 3GS”, “iPhone 4S” və “HTC 7 Trophy” kimi aparatlar kosmosa müvəffəqiyyətlə uçmuş və geri dönmüşlər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL