waplog

“Apple” 4 il ərzində adi texnologiya şirkətlərindən birinə çevriləcək?


“Forrester Research” şirkətində çalışan analitik Corc Koloninin fikrinə görə, əgər “Apple” korporasiyası Stiv Cobs kimi xarizmatik lider tapmasa, o zaman yaxın 4 il ərzində adi texnologiya şirkətinə çevriləcək.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Stiv Cobs dünyasını dəyişdikdən sonra özü ilə 3 bacarığı - vahid xarizmatik liderlik, riskə getmək, məhsulları yaratmaq qabiliyyətini aparıb,- korporativ bloqda ekspert yazıb. Məhz bu bacarıqlar şirkəti birləşdirir və onun qeyri-adi nailiyyətlər əldə etməsinə imkan yaradırdı.

Koloni “Apple” şirkətinin hazırkı baş direktoru Tim Kuku xarizmaya əsaslanan şirkət üçün uyğun gəlməyən "bürokratik" rəhbər hesab edir. Ekspertin fikrinə görə, "alma" imperiyasının lideri roluna “iOS” hazırlaması üzrə vitse-prezident Skott Forstall və ya dizayn üzrə vitse-prezident Conatan İve daha uyğun gələrdi.

Bununla belə, “Apple” şirkəti rekord maliyyə göstəriciləri nümayiş etdirməyə davam edir. Belə ki, 2012-ci  ilin yanvar-mart ayları dövründə şirkətin mənfəəti 11,6 milyard dollar təşkil edib. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.


EMİL
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL