SKMF yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrə 43,8 milyon manat güzəştli kredit ayırıb
Ötən il və bu ilin ötən dövrü ərzində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 277 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 28 layihənin maliyyələşdirilməsinə 43,8 milyon manat güzəştli kredit verilib.
Belə ki, yeni texnologiyalar əsasında fəaliyyət göstərəcək faraş tərəvəz məhsulları və dekorativ bitkilər istehsal edən 9 müasir istixana təsərrüfatı, 8 müasir quşçuluq (broyler) təsərrüfatı, 7 müasir çörək istehsalı müəssisəsi, ət kəsimi və ət emalı müəssisəsi, yeyinti sənayesi məhsulları istehsalı müəssisəsi, mebel fabriki və metal konstruksiya olan tikinti materialları istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən 3 müasir istixana təsərrüfatı, 2 müasir çörək istehsalı müəssisəsi və mebel fabriki artıq istifadəyə verilib: ”Ümumiyyətlə isə bu ilin əvvəlindən ötən dövr ərzində fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 709 investisiya layihəsinin maliyyələşdirilməsinə 66,8 milyon manat, o cümlədən respublikanın regionları üzrə 642 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,9 milyon manat və Bakı qəsəbələri üzrə 67 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL