waplog

Azərbaycan biznesmenləri «bir pəncərə» sistemi sayəsində vəsaitlərinə qənaət edir


Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı sahəsində «bir pəncərə» sisteminin tətbiqi özəl sektora ildə 10-13 mln. ABŞ dolları həcmində vəsaitə qənaət etmək imkanı verib. Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) «İnvestisiya mühiti üzrə məsləhət xidmətləri Layihəsi»nin rəhbəri İrina Niederberger bildirib.
Onun sözlərinə görə, qənaət olunmuş vəsaitlər həmin şirkətlərə investisiyalarının həcmini və yeni iş yerlərinin sayını artırmağa şərait yaradır. Ekspertin fikrincə, fiziki şəxslərin on-line rejimdə qeydiyyatına başlanması da həmin şəxslərin müəyyən vəsaitlərə qənaətinə imkan verəcək ki, bu da investisiya qoyuluşları artmasına və iş yerlərinin açılmasına yönələcək.
Qeyd edək ki, Vergilər Nazirliyinin öz qiymətləndirmələrinə görə, fiziki şəxslərin on-line qeydiyyatının tətbiqi ildə 1 mln. manata qənaət etməyə imkan verəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL