waplog

“Apple”-ın baş dizayneri 2012-ci ilin yenilikçisi seçilib


“Apple” korporasiyasının sənaye dizaynı üzrə vitse-prezidenti Conatan İv Böyük Britaniyada 2012-ci ilin ən yaxşı yenilikçisi tituluna layiq görülüb.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Apple” korporasiyasının 45 yaşlı baş dizayneri rəqiblərindən xeyli üstün olub; respondentlərin 46,6 faizi ona səs veriblər. Conatan İv 1967-ci ildə London şəhərində doğulub.  1997-ci ildən isə “Apple” korporasiyasında işləyir.

“iPhone” smartfonları, “iPad” planşet kompyuterləri, “Mac” və “Macbook” kompyuterlərinin bir sıra modelləri, həmçinin “iPod” pleyerlərinin dizaynını məhz o hazırlayıb. Conatan İv 600-dən çox patentin müəllifidir.
Maraqlıdır ki, Conatan İv reytinqdə internetin "ata”larından biri və tanınmış yenilikçi Tim Berners Lini qabaqlaya bilib.

Ceyms Qudfello (James Goodfellow) reytinqdə üçüncü olub. O, “PIN” kod texnologiyasını patentləyib və bankomatlarda tətbiq edilən “ATM” texnologiyanın ixtiraçılarından biridir.
 
EMİL
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL