waplog

Yapon okeanoloqları dünyada ən dərin sualtı quyu qazıblar


Yapon alim-okeanoloqları 2011-ci ilin martında Yaponiya sahillərində baş vermiş zəlzələnin səbəblərini araşdırmaq üçün dünyada ən dərin sualtı quyu qazıblar. Quyunun dərinliyi 856.5 metr təşkil edib və bu göstərici yeni dünya rekordu olub.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, qazma işləri "Tikyu" adlı xüsusi tədqiqat gəmisinin bortundan həyata keçirilib. Sualtı quyunun qazılması yapon çökəkliyinin 6883.5 metr dərinliyində aparılıb. Ümumi dərinlik isə 7740 metr olub.

Əvvəlki rekord isə 1978-ci ildə, amerikalı alimlər Marian çökəkliyinin dibində 15.5 metr dərinliyində quyu qazdıqda qeydə alınmışdı. Ümumi dərinlik isə 7049 metrə bərabər idi.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL