Gənclər və İdman Nazirliyində elektron xidmətlər tam avtomatlaşdırılıb
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyi tərəfindən göstərilməli olan elektron xidmətlər tam avtomatlaşdırılıb.
Bu barədə “İCTnews” elektron xəbər xidməti nazirliyin rəsmi saytına istinadən məlumat verir. Ümumilikdə GİN tərəfindən 4 elektron xidmət növü təqdim olunub.
Bu xidmətlərə idman təsnifatına uyğun olaraq idman sahəsində fəxri adların alınması, nazirlik tərəfindən təşkil edilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsində və gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün müraciət və sənədlərin qəbulu daxildir.
Hazırda xidmətlərin hər biri tam avtomatlaşdırılaraq elektron qaydada həyata keçirilir. Bununla yanaşı, vətəndaşların ətraflı məlumat əldə etməsi üçün nazirliyin rəsmi internet səhifəsinin “elektron xidmətlər” bölməsində elektron xidmətlərin inzibati reqlamenti və tələb olunan sənədlər yerləşdirilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL