“Kindle Fire” ABŞ-da ən populyar “Android” planşetidir
“ComScore” analitik şirkəti tərəfindən aparılmış tədqiqat nəticəsində məlum olub ki, 200 dollarlıq “Kindle Fire” ABŞ-da “Android” əsasında işləyən ən populyar planşetdir.
“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin fevralına olan vəziyyətə görə, “Android” platforması ilə işləyən “Kindle Fire” planşetinin Amerika bazarında payı 54.4 faiz təşkil edib. “Samsung Galaxy Tab” xəttindən olan planşetlər 15,4 faiz göstərici ilə ikinci yerdə qərarlaşıb. “Motorola Xoom” planşetləri isə 7 faiz bazar göstəricisi ilə üçünçü mövqedə yer alıblar.
“Kindle Fire” planşeti 1 QHs takt tezlikli ikinüvəli prosessor, 8 QB daxili yaddaş ilə təchiz olunub. 7 düymlü diaqonala malik ekranın təsvir ölçüsü 1024x600 pikseldir. Aparatın quraşdırılmış kamerası və slotu yoxdur, lakin “Wi-Fi” vasitəsilə internetə daxil olmaq mümkündür.
Məlumat üçün bildirim ki, “Kindle Fire” planşetini “Amazon” internet şirkəti istehsal edir. Planşet “Android” platformasının modifikasiya edilmiş versiyası ilə işləyir. “Fire” planşeti üçün əlavələr “Amazon Appstore” mağazasında yerləşir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL