waplog

“Rabitə Bakı” nın oyunçusu dünyanın ən gözəl 40 voleybolçusundan biri seçilib


Dünyanın  ən gözəl  40 voleybolçusunun adı açıqlanıb.Türkiyədə 2011/2012-ci il mövsümünün yekununa əsasən keçirilən səsvermədə Azərbaycan milli komandasının 2 voleybolçusu kifayət qədər səs toplayıb.

Belə ki, ötən il olduğu kimi, yenə ölkəmizin ən gözəl voleybolçusu adına yığmamızın liberosu Valeriya Korotenko sahib çıxıb. “Azərreyl”in şərəfini qoruyan 28 yaşlı voleybolçu dünya sıralamasında 14-cü olub.
Millimizin digər üzvü – Natalya Məmmədova da siyahıda yer alıb. “Rabitə Bakı” ilə Super Liqanın qalibi olan və son mövsümün ən dəyərli voleybolçusu seçilən hücumçu 38-ci pillədə qərarlaşıb.

Dünyanın ən gözəl “üçlüyü” də dəyişməz qalıb. İtaliya yığmasının üzvü Françeska Piççinini birinci, polşalı Katarjina Skovronskaya ikinci, Xorvatiya milli komandasının oyunçusu Sanya Popoviç isə üçüncü yerdədirlər.
                                                


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL