Çin orbitə iki naviqasiya peyki buraxıb
Çin Xalq Respublikası (ÇXR) "Beydou" (Kompas) naviqasiya peyk sistemini orbitə buraxıb. Bu barədə “Sinxua” agentliyi məlumat verib.
“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, peyklərin orbitə buraxılması yerli vaxtla saat 4:50 radələrində ölkənin cənub-qərbində yerləşən “Siçan” kosmodromundan həyata keçirilib. Agentlik qeyd edib ki, ÇXR ilk dəfə olaraq orbitə 1 ədəd raket-daşıyıcı vasitəsilə iki naviqasiya peyki buraxıb.
Orbitə buraxılmış kosmik obyektlər orta və yüksək yerətrafı orbitlərdə yerləşəcəklər.Məlumat üçün qeyd edim ki, "Beydou" naviqasiya sistemi – Amerika “GPS”-i və Rusiyanın “QLONASS”-nın Çin analoqudur. ÇXR "Beydou" naviqasiya sisteminin icrasına 2000-ci ildə başlayıb, ilk peyk orbitə 2007-ci ildə buraxılıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL