waplog

“Fujitsy” şirkətinin mənfəəti azalıb


İT xidmətlərin göstərilməsi, kompyuter və mobil telefon istehsalı üzrə ixtisaslaşmış Yaponiyanın “Fujitsu” şirkəti 2012-ci il martın 31-də bitmiş  maliyyə ilinin nəticələrini elan edib.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Fujitsu” şirkətinin xalis mənfəəti 42,7 milyard yena (521 milyon dollar) təşkil edib. Bu göstərici şirkətin 2012-ci ilin yanvarında dərc etdiyi proqnozdan 7,7 milyard yena çoxdur. Lakin əvvəlki maliyyə ilinin nəticələri ilə müqayisədə göstərici 12.3 milyard yena həcmində azalıb.

Xərclərin azalması və istehsalın optimallaşdırılması üzrə qəbul edilmiş tədbirlər sayəsində “Fujitsu” şirkətinin illik əməliyyat mənfəəti, həmçinin proqnozu üstələyib və 105,3 milyard yena qiymətinə bərabər olub.

Satışlardan əldə olunan xalis mənfəət 4,46 trilyon yena (təxminən 54,48 milyon ABŞ dolları) təşkil edib. Bu göstərici 2010-cu maliyyə ili ilə müqayisədə 1.3 faiz azdır. Lakin əgər valyuta məzənnələrinin dəyişməsini istisna etsək, o zaman satışlar keçən ilin səviyyəsində qalıb, press-relizdə qeyd edilib.
 
 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL