Amerikanın müharibə veteranı hərbçilərə 300 min ədəd pirat disk göndərib
İkinci Dünya müharibəsi veteranı, 92 yaşlı amerikalı Hayman Strekmen ABŞ hərbçilərinin olduğu dünyanın müxtəlif qaynar nöqtələrinə 300 mindən çox pirat disk göndərib. Strekmen bunu şəxsi maliyyəsi hesabına edib. Ötən 8 il ərzində o, bu işə 30 min dollardan çox pul xərcləyib.
“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Hayman Strekmenin bağlamalarını İraq və Əfqanıstanda olan əsgərlər alıblar.
O, həyat yoldaşının dünyasını dəyişməsindən sonra bu işlə məşğul olmağa başlayıb. Hayman bu işi təşkil etmək üçün ucuz disk tədarükçüsü tapıb və 7 “DVD” diskini eyni zamanda yaza bilən xüsusi qurğu satın alıb.
Onun sözlərinə görə, o, bu işdən heç vaxt pul qazanmaq kimi məqsəd güdməyib, həmçinin hakimiyyət və ya hüquq sahibləri ondan disk kopyalanmasına son verməyi tələb etməyiblər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL