waplog

Əsrarəngiz Venesiya şəhəri 90 ildən sonra sulara qərq ola bilər


İtaliya dövləti çimərlik, kurort və nadir sahilboyu bitki aləmi və faunasından məhrum ola bilər. Bu barədə Ümumdünya Vəhşi Təbiət Fondu məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “kp.ru” saytına istinadən bildirir ki, təxminən 60 faiz italiyalı dəniz sahilləri boyunca yaşayırlar. Sahilboyu erroziya nəticəsində artıq çimərliklərin 42 faizi məhv olub.

Ümumdünya Vəhşi Təbiət Fondunda çalışan ekspertlər baş verənləri bir neçə səbəblə əlaqələndirirlər. Sahil rayonunda infrastruktur obyektlərinin sayının artması və dəniz səviyyəsinin qalxması bu səbəblərdən bəziləridir.

Alimlərin hesablamalarına görə, 2100-cü ilə kimi dünya okeanının səviyyəsi, 75-190 santimetr səviyyəsində qalxacaq. Bunun nəticəsində əsrarəngiz Venesiya şəhəri sulara qərq ola bilər.

Təhlükəli vəziyyətlə əlaqədar Ümumdünya Vəhşi Təbiət Fondunun fəalları  "İtaliyanın kövrək profilini xilas edək" adlı xeyriyyəçilik aksiyasına start veriblər.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL