“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının İKT bölməsi ilə əlaqədar Prezident Administrasiyasına arayış təqdim olunub
Son dövrdə ölkəmizdə makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar əldə edilib.
Hazırda ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub ki, bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 29 noyabr 2011-ci il tarixində 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı Sərəncam imzalanıb. Bir çox qurumlar kimi, Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində də müvafiq işlər görülüb.
Belə ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları sahəsi üzrə bölməsinin hazırlanması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əmri ilə komissiya yaradılıb. Eyni zamanda, komissiyanın tərkibində işçi qrupu fəaliyyət göstərir. Artıq işçi qrupu tərəfindən İnkişaf Konsepsiyasının İKT bölməsi ilə əlaqədar arayış hazırlanaraq Prezident Administrasiyasına təqdim olunub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL