waplog

Kişilər daha çox oyun həvəskarıdır


“Entertainment Software Association” təşkilatı “İpsos MediaCT” şirkətinə tədqiqat aparmağı sifariş edib. Tədqiqatın mahiyyəti müasir qeymerlərin (oyun həvəskarlarının) orta yaşını müəyyən etmək olub. Oyun sənayesinin liderlərinə lazım olacaq tədqiqat haqqında hesabat ESA-nın illik məruzəsində dərc edilib. “İpsos MediaCT” tərəfindən keçirilmiş sorğuda 1200 insan iştirak edib. 2011-ci ildə oyun həvəskarının orta yaşının 37 olduğu müəyyənləşib. Bu, əksər insanların boş vaxtlarını videooyunlara sərf etdiyini göstərir. Respondentlərin 18%-i 18 yaşa qədər, 53% 18 yaşdan 49 yaşa qədər və 23%-i 50 yaşdan yuxarı olub. Statistik məlumatlar orta yaşın ildən-ilə artdığını göstərir. Bundan nəticə çıxartmaq olar ki, videooyunlar artıq yalnız uşaq əyləncəsi deyil. Oyunlar artıq film və musiqi ilə bir pillə qalxıb.
“Entertainment Software Association” hesabatında göstərilən daha bir maraqlı statistika: kişi cinsindən olan oyun həvəskarları qadın cinsindən olanlardan daha çoxdur, lakin fərq bir neçə il əvvəlki kimi elə də böyük deyil: indi kişi oyun həvəskarları 58% və qadın isə 42% təşkil edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL