İTİ-də müasir standartlara cavab verən infrastruktur qurulub
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev institutda qurulan infrastruktur, aparılan elmi-tədqiqat işləri, innovativ layihələr, nəzərdə tutulan strateji istiqamətlər barədə İTİ-nin fəaliyyəti ilə tanış olan qonaqlara geniş məlumat verib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də qonaqlar arasında olub.
Qonaqları "AzScienceNet" elm kompyuter şəbəkəsinin İdarəetmə Mərkəzi, Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri ilə tanış edən R.Əliquliyevin sözlərinə görə, İTİ-də ən müasir standartlara cavab verən infrastruktur qurulub ki, bu da institutun gələcək fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlıq perspektivləri üçün geniş imkanlar açır.
İnstitutun girəcəyində və institut rəhbərliyinin qəbul otağında quraşdırılmış "İnfo.TV" barədə də məlumat verən R.Əliquliyevin sözlərinə görə, burada ölkədə baş verən ən mühüm hadisələrdən tutmuş, İTİ-nin işçilərinin ad gününə qədər bütün xəbərlər əks olunur: "İnstitutda yaradılmış belə sərbəst mühit işçilərin iş gününə daha enerjili başlaması üçün bir stimul rolunu oynayır, sosial enerji qazanılır.
Belə demokratik mühit yaratmaqla, biz həm də institutun ziyarətçilərinə də ictimai informasiyanı çatdırırıq. Bundan başqa, burada "İctimai otaq" da yaradılıb. Bu otağın funksiyası instituta gələn qonaqların müvəqqəti müvafiq ləvazimatlarla təminatı üçün nəzərdə tutulub.
Onlar üçün istənilən sənədin çapı, internetlə təminat üçün burada hər cür şərait yaradılıb. Bu həm də qonaqların vaxtına qənaət etməsinə imkan yaradır. Müxtəlif ölkə və rayonlardan gələn qonaqlar bu otağa müşayiət olunur, kompyuter və digər müvafiq avadanlıqlar müvəqqəti olaraq onun sərəncamına verilir".
Daha sonra R.Əliquliyev müxtəlif xarici elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrindən, həyata keçirilən birgə layihələrdən danışıb, İTİ-də fəaliyyət göstərən alim və mütəxəssislərin əməyinin stimullaşdırılması və s. məsələlərdən söz açıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL