Mədəniyyət və Turizm Nazirliyi yeni elektron xidmətlər göstərəcək
Mədəniyyət və Turizm Nazirliyi (mct.gov.az) 16 yeni elektron xidmət göstərmək niyyətindədir. Bu barədə “İCTnews.az” elektron xəbər xidmətinə nazirliyin Analitik təhlil və proqramlar təminatı şöbəsinin müdiri Qabil Abbasov məlumat verib. O bildirib ki, artıq yeni e-xidmətlərin siyahısı hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
Mədəni və tarixi sərvətlərin hüquqi, fiziki şəxslər və əcnəbi vətəndaşlar tərəfindən respublika ərazisindən kənara çıxarılmasına, həmçinin qaytarılmasına icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının onlayn təqdim olunması
Turizm fəaliyyəti ilə məşğul olan şirkətlərin və turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə müraciətin və sənədlərin onlayın qəbulu
Turizm mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
Fiziki və hüquqi şəxslərə tarix və mədəniyyət abidələrinin bərpası üzrə işlərin yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu
Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu
Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslər ilə mühafizə müqavilələri və aktlarının bağlanması üçün müraciətlərin və sənədlərin qəbulu
Daşınmaz tarixi və mədəniyyət abidələrinin alqı-satqısı ilə əlaqədar icazələrin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu
Filmlərin dövlət reyestrində qeydə alınmasında və ölkə ərazisində nümayişinə icazələrin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu
Kino üzrə Ekspert şurasına və ssenari müsabiqələrinin münsiflər heyətinə sinopsis və ssenarilərin təqdim edilməsi.
Şəhər-rayon mərkəzləşdirilmiş kitabxana və muzey sistemlərinin hesabatlarının onlayn təqdim edilməsi
Fiziki və hüquqi şəxslərə dölət kitabxana və muzey fondunda saxlanılan biblioqrafiya məlumatlarının verilməsi
Fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondlarında saxlanılan və müəllif hüquqları ilə qorunmayan məlumatların verilməsi
Nazirliyin tabeliyində olan təşkilatlarda (dövlət teatr, tamaşa və konsert müəssisələrində) keçirilən mədəni tədbirlərə onlayn bilet satışı
Mehmanxana, istirahət evləri, pansionat və digər analoji yerləşdirmə obyektlərinin onlayn formada ballarının hesablanması, qeydiyyatı və kateqoriyaların verilməsi xidməti
Bundan əlavə, hazırda Mədəniyyət və Turizm Nazirliyində elektron xidmətlərin göstərilməsi üçün hazırlıq işlərinin aparıldığını deyən Q.Abbasov bildirib ki, qurumda müasir server otağının yaradılması istiqamətində tədbirlər görülür: «Bu, müasir standartlara cavab verən bir mərkəz olacaq.
Ondan, demək olar ki, Azərbaycanda 1-2 ədəd var. Biz bu server otağını Azərbaycan Milli Kitabxanasında yaratmışıq. Burada elektron kataloq, kitabxanadakı kitablar haqqında və digər məlumatları həmin server otağındakı sistemlər vasitəsi ilə həyata keçirəcəyik».
Nazirlikdə elektron sənəd dövriyyəsinin artıq fəaliyyət göstərdiyini vurğulayan Q.Abbasov əlavə edib ki, onlar eyni zamanda 147 nömrəli telefon məlumat sistemi ilə də vətəndaşlara xidmət göstərirlər: «Onun vasitəsi ilə də ərizələr, şikayətlər qəbul olunur. Həmin səs faylları da müvafiq şöbələrə göndərilir. Üstəlik, orda informativ olaraq çoxlu xəbərlər var.
Eyni zamanda onun vasitəsi ilə bütün mədəniyyət və turizm obyektləri ilə əlaqə yaratmaq mümkündür. Yəni həmin sistemə düşdükdən sonra sistem özü yönləndirir və istədiyiniz mehmanxana ilə bağlaya bilir. Bura daxil olan vətəndaş mehmanxanaların, turizm mərkəzlərinin nömrələrini bilmirsə, sistem şəxsi əlaqələndirə və onları yönləndirə bilir».
Seymur QASIMBƏYLİ
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL