Bütün poçt şöbələri avtomatlaşdırılacaq
“Azərpoçt” MMC “Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi” çərçivəsində 1132 poçt şöbəsinin (PŞ) mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər həyata keçirir. Müəssisənin Maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədovun “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, Bakı şəhərində 2 poçt şöbəsi istisna olmaqla (AZ1064 və AZ1068) 127 , regionlar üzrə 566 poçt şöbəsi və 37 poçt agentliyinin vahid şəbəkəyə qoşulması təmin edilib.
Onun sözlərinə görə, 57 rayon poçt filialının (PF) rayon mərkəzində fəaliyyət göstərən bütün poçt şöbələrinin hamısı və texniki imkanlıq olan kənd poçt şöbələrində kommunikasiya əlaqəsi yaradılıb.
Kommunikasiya əlaqəsi yaradılmış PŞ-lərin son nöqtə avadanlıqları sazlanmış, zəruri proqram təminatı və təhlükəsizlik tədbirləri görülmüş kompyuterlərlə təmin edilməsi və quraşdırılması istiqamətində işlər davam etdirilir. İndiyədək Bakı ilə yanaşı, Sumqayıt PF-nin, Gəncə və Şamaxı Regional Poçt Filialının bütün şöbələri və 57 rayon PF-nin rayon mərkəzində olan PŞ-nin hamısının KÖMİS-ə qoşulma üçün bütün texniki tədbirlər görülüb.
Xatırladaq ki, bütün PF-nin birbaşa “Azərpoçt” MMC-nin kompyuter şəbəkəsinə çıxışı “Azdatacom” şəbəkəsi vasitəsilə təmin edilir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL