Məşhur çip istehsalçısı hesabat verib
Çip istehsalı üzrə ixtisaslaşmış "Broadcom" şirkəti rüblük nəticələrini dərc edib. Məlumat üçün bildirim ki, şirkətin istehsal etdiyi çiplər vasitəsilə mobil telefonlarda internetə daxil olmaq olur.
"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Broadcom" şirkəti tərəfindən dərc edilmiş məlumatlara görə, 2012-ci ilin ilk 3 ayı ərzində şirkətin xalis mənfəəti 88 milyon ABŞ dolları və ya 1 səhm üçün 15 sent təşkil edib. "Broadcom" şirkətinin mədaxili 1 faizdən az artaraq 1.83 milyard ABŞ dollarına bərabər olub. Əməliyyat mənfəəti 1 səhm üçün 65 sent təşkil edib.
Planşet və smartfonlarda "Wi-Fi" və "Bluetooth" dəstəklənməsini təmin edən radioçiplərə tələbatın artması şirkətin xeyrinə olacaq. "Broadcom" şirkətinin əsas partnyorları arasında "Apple", "Samsung" kimi nəhənglər var.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL