Bakı küçələrinin işıqlandırılmasında işıq-diod texnologiyaları tətbiq ediləcək
Bakı küçələrinin işıqlandırılmasında LED işıq-diod texnologiyaları tətbiq ediləcək. Hazırda istehsalat xəttinin sazlanması, zəruri avadanlığın və fasiləsiz qida mənbələrinin quraşdırılması üzrə işlər başa çatdırılır.
LED istehsalının işə salınması yaxın iki ayda nəzərdə tutulub, ilin sonunadək isə işıq-diod texnologiyalarının tətbiqi planlaşdırılır.
"Layihə kommersiya xarakteri daşıyır. Respublikanın tələbatını təmin etdikdən sonra texnologiyanın beynəlxalq bazara çıxarılması planlaşdırılır", - mərkəzdən deyiblər.
Bu sahədə laboratoriya tədqiqatları artıq aparılıb və plana əsasən, işıq-diod işıqlandırma sisteminin istehsalına ilin ortalarında başlamaq planlaşdırılır.
İşıq-diod işıqlandırma texnologiyaları enerji baxımından səmərəli və ekoloji təmiz metoddur. Bu işıqlandırma sistemi adi közərən lampalardan fərqli olaraq, istehlak edilən elektrik enerjisini 80 faizədək qənaət etməyə imkan verir.
İşıq-diod işıqlandırma sistemi həm bəzək, həm də ümumi işıqlandırmada istifadə etmək üçün nəzərdə tutulub. Bunlar arxitektura binaları, küçələr, parklar və magistral yollardır.
Mərkəz, həmçinin infraqırmızı işıq-diodların istehsalını planlaşdırır. Burada məqsəd onların gələcəkdə fiber-optik rabitə xətlərində tətbiq edilməsidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL