waplog

Birinci rübdə dövlət qeydiyyatından keçməyən 246 ədəd REV aşkarlanıb


2012-ci ilin I rübündə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsi (DRİ)  tərəfindən daxil olmuş müraciətlərə uyğun olaraq 133 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq texniki baxış aktları tərtib olunub.

Texniki baxış zamanı dövlət qeydiyyatından keçməyən 246 ədəd REV aşkarlanıb. Onlardan 120 ədədi qeydiyyata salınıb, 53 ədədi möhürlənib, 73 ədədinin qeydiyyata alınması üçün isə müvafiq tədbirlər görülür.

Beləliklə, cari ilin aprel ayının 1-nə olan məlumata görə, DRİ-də qeydiyyatda olan REV-lərin sayı 33 043 ədəd təşkil edib. Bundan başqa, birinci rüb ərzində DRİ tərəfindən 9 hüquqi və fiziki şəxslərə tezlik ayrılıb və 1333 ədəd yeni REV-i qeydiyyata alınıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL