waplog

Paytaxtda daşınmaz əmlaklara dair elektron kadastr məlumat bazası yaradılacaq


Bütün daşınmaz əmlaklar barədə müasir geoinformasiya texnologiyaları əsasında mərkəzləşdirilmiş və vahid kadastr məlumat bazasının, daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılması üzrə işlər sürətləndirilib. Bu ilin sonuna Sumqayıt şəhəri üzrə daşınmaz əmlakın elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işi yekunlaşacaq.

Bakı şəhəri üzrə daşınmaz əmlaklara dair elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin başlanmasına hazırlıq gedir. Yaxın 2-3 ildə Bakı şəhəri üzrə bu işlərin yekunlaşdırılması planlaşdırılır. Gəncə şəhəri və Şəki rayonunda daşınmaz əmlakın kadastr işləri Almaniyanın “KfW Bank”ının layihəsi çərçivəsində həyata keçirilir.

Yaxın bir neçə ildə Azərbaycanın daxili imkanları və beynəlxalq layihələr üzrə maliyyə mənbələri hesabına ölkəmizdə ərazilərin daşınmaz əmlak rəqəmsal xəritələrinin yaradılması təmin ediləcək. “İCTnews” elektron xəbər xidməti bildirir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov (ƏMDK)  “Əmlak  idarəçiliyi  və  qeydiyyatında  elektron  xidmətlər: şəffaflıq və  səmərəliliyin  təminatı” mövzusunda keçirilən ictimai təqdimatda məlumat verib.

Sədrin sözlərinə görə, hazırda Horveç hökumətinin dəstəyi və daxili imkanlar hesabına ölkəmizdə müasir yanaşmalar əsasında Ünvan Reyestri də qurulur: ”Bu sahədə qabaqcıl Avropa ölkələrinin təcrübəsi və beynəlxalq standartlar öyrənilib. Hazırda Cənubi Koreyanın nüfuzlu şirkəti tərəfindən Azərbaycanda elektron ünvan reyestrinin yaradılması layihəsi həyata keçirilir”.

Sədr bildirib ki, əmlak idarəçiliyi sahəsində elektron xidmətlərin göstərilməsi qeydiyyat prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi, çevikliyin artırılması, hərracların keçirilməsində effektivliyin təmin edilməsi ilə nəticələnəcək: ”Bütün bunlar əmlak idarəçiliyi və qeydiyyatı sahələrində şəffaflığı və etibarlılığı daha da artıracaq, daşınmaz əmlak bazarının dinamik inkişafı və biznes mühitinin yaxşılaşdırılmasına təkan verəcək”.
 
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL