waplog

MHA əsərlərin qeydiyyata elektron qaydada təqdim edilməsi prosedurunu açıqlayıb


Məlum olduğu kimi, Müəllif Hüquqları Agentliyi tərəfindən əsərin və ya əlaqəli hüquqlarının obyektlərinin elektron qeydiyyat xidməti artıq fəaliyyətə başlayıb.  Onlayn qeydiyyat xidmətinin köməyi ilə müəllif (hüquq sahibi) əlavə vaxt itirmədən elektron poçt vasitəsilə agentliyin saytına daxil olaraq, öz əsərini (ifasını) qeydiyyatdan keçirə bilər. Dərc edilmiş və ya dərc edilməmiş əsər (ifa) yalnız müstəsna hüquq sahibi tərəfindən qeydiyyatdan keçirilə bilər.

 Agentlikdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, əgər əsər dərc edilməyibsə, bu halda əsər səhifələnmiş elektron fayl kimi ərizə nümunəsinə əlavə olunmalıdır. Kitab formatında olan əsər (yəni dərc olunmuş əsər) “pdf.”, “doc.” formatlarında, təsviri sənət, heykəltaraşlıq, rəngkarlıq, qrafika əsərləri, dizayn, memarlıq əsərləri “cpg.”, “gif.”, “bmp.”, “tif.”, “pjx.” formatlarda, musiqi əsərləri “mp3.”, “mp2.”, “wma.”, “wav.”, “flaj.” audio formatlarda ərizəyə əlavə olunmalıdır. Əlaqəli hüquqların obyektləri isə “avi.”, “wmv.”, “mpg.”, “vob.”, “flv.” formatlarında müvafiq ərizə nümunələrinə qoşulmalıdır.
Ərizədə göstərilən digər sənədlər rəqəmli şəkildə təqdim olunur.

Əsərin qeydiyyatına görə dövlət rüsumunun ödəniş qəbzi (“Kapitalbank”ın yerli filiallarının birində 5 manat dövlət rüsumu ödənilməlidir) poçt vasitəsilə göndərilməlidir.

Qeydiyyatla bağlı yaranan suallarla bağlı istifadəçilər agentliyin saytında yerləşdirilmiş «Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları»na istinad edə bilərlər.

 Qeyd edək ki, əsərin və ya əlaqəli hüquqlarının obyektlərinin qeydiyyatı aşağıdakı səbəblərə görə məqsədəuyğun sayılır:

 - əsərin (ifanın) nüsxəsi depozit materialı kimi arxivdə saxlanılır;

 - müəllifliyin ilkinliyi ilə bağlı mübahisələr yarandıqda əsərin qeydiyyatı haqqında
 şəhadətnamə sübutedici sənəd kimi çıxış edir;

 - əsərdən qeyri-qanuni istifadə edildikdə və ya plagiat faktları aşkar olunduqda
 müəllifin pozulmuş hüquqlarının müdafiəsi daha asan olur.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL