“LG” smartfonlarının satışları “Apple” və “Samsung”a görə aşağı düşüb
Dünyada mobil telefonların istehsalına görə 3-cü olan “LG Electronics” şirkəti smartfonların satışları üzrə illik proqnozunu 20% aşağı salıb. Şirkət “Apple” və “Samsung Electronics” ilə rəqabətdə müştərilərini itirir.
Bu gün Seulda mətbuat konfransında “LG” mobil bölməsinin rəhbəri Pak Conq Sek cari ildə şirkətin 24 milyon smartfon satmağı planlaşdırdığını elan edib, halbuki əvvəlki proqnoz 30 milyon idi. Cari ilin ilk 3 ayı ərzində bölmənin zərəri 100,5 milyard von və ya 94 milyon dollar təşkil edib və bu, şirkət üçün ikinci ardıcıl zərərli rübdür. İstehsalçının işləri ləng də olsa, yaxşılaşır.
Lakin əvvəllər şirkət cari il fevral ayında 20 yeni model təqdim edib smartfon satışlarını 4 dəfə artırmağa hazırlaşırdı. Əgər digər mobil qurğu tiplərini də nəzərə alsaq, onda şirkət təxminən 114 milyon aparat satacaq. Hərçənd fevral ayında 150 milyon olacağına proqnoz verilmişdi. Oktyabr ayında şirkətin rəhbəri olan Ku Bon Cun müxbirlərə bildirib ki, mobil bölməyə ikinci rübdə gəlirli zonaya qayıtmaq çox çətin idi.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL