waplog

AİF avtomatlaşdırılmış mühasibat uçotu bank sistemini tətbiq edəcək


Azərbaycan İpoteka Fondu (AİF) avtomatlaşdırılmış mühasibat uçotu bank sistemini tətbiq edəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə fonddan məlumat verilib.

AİF-in elanına əsasən, fond avtomatlaşdırılmış mühasibat uçotu bank sisteminin yaradılması üzrə proqram təminatının alınmasına tender kecirir.Tenderdə iştirak üçün dövlət rüsumu 500 manat təşkil edir.

Tenderdə içtirak etməkdə maraqlı olan şirkətlər informasiya texnologiyaları sahəsində peşəkarlıq və iş təcrübəsinə, həmçinin sifarişin yerinə yetirilməsi üçün texniki imkanlara malik olmalıdırlar.
Tender üzrə təkliflərin qəbulu iyunun 22-nə qədər aparılacaq. Təkliflərin qiymətləndirilməsi iyunun 25-də keçiriləcək.

 AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildə başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 müvəkkil bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
 
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
 
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manat təşkil edir.
 
2011-ci ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşdirilməsinin həcmi 95,54 mln. manat təşkil edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL