waplog

Əhaliyə elektron xidmət göstərmək üçün köşklər hazırlanır


Ədliyyə orqanları tərəfindən əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi məqsədilə universal elektron xidmət köşkləri hazırlanaraq 1 iyul tarixindən etibarən sınaq rejimində bir sıra yerli qurumlarda istifadəyə verilib. Bu barədə nazirlikdən verilən məlumata görə, həmin köşklər vasitəsilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı ilə əlaqədar, o cümlədən qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, tələb olunan sənədlər, həmin sənədləri verən orqanlar, iştirak edən şəxslər, ödənişlər və onlardan azadolmalar barədə məlumatları öyrənə, eyni zamanda zərurət olduqda bu məlumatları əks etdirən çıxarışları əldə edə bilərlər. Köşklərdə quraşdırılmış elektron ödəmə sistemi, həmçinin banka bilavasitə müraciət etmədən bütün növ ödənişlərin istər kart, istərsə də nağd şəkildə həyata keçirilməsini və müvafiq qəbzin avtomatlaşdırılmış qaydada alınmasını mümkün edir. Yüksəksürətli internet şəbəkəsinə qoşulması nəticəsində vətəndaşlar üçün köşklər vasitəsilə nazirliyin “qaynar xətt”inə və elektron poçtuna birbaşa müraciət etmək imkanı da yaradılmışdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL