Aşağıorbitli peykin satınalınması üzrə iddiaçılarla görüş keçirilib
“Azərkosmos” ASC-də “Aşağıorbitli optik peykin hazırlanması, orbitə çıxarılması və sığortalanması” üzrə keçirilən satınalma prosesi çərçivəsində iddiaçılarla tender öncəsi görüş keçirilib. Əsas şərtlər toplusunu almış iddiaçı şirkətlərin iştirakı ilə keçirilən görüşdə 6 şirkətin nümayəndələri iştirak edib.
Görüşdə çıxış edən tender komissiyasının üzvləri aşağıorbitli peyk layihəsi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Daha sonra layihəyə dair ümumi texniki məsələlər müzakirə edilmiş, o cümlədən əsas şərtlər toplusu barədə əlavə izahatlar verilib. Görüşün sonunda iddiaçı şirkətləri maraqlandıran suallar cavablandırılıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL