waplog

Üç dildə “danışan” robot-tozsoran


Yaponiyanın “Sharp” şirkəti “Cocorobo” adlı yeni robot-tozsoran təqdim edib. Robot adi və xüsusi səs moduluna malik versiyalarda əlçatandır. Səs modulu robotu yapon, çin və ingilis dillərini "öyrədir".

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, “Cocorobo” adlı robot-tozsoran evləri təmizləyir və havanı dəyişir. Robot, həmçinin quraşdırılmış kamera vasitəsilə foto çəkə və onları sahibinin mobil telefonuna göndərə bilir. O, həmçinin sahibi ilə danışa da bilir. Robot 36 ifadə bilir. Məsələn, ”Vəziyyət necədir” sualına robot “Vəziyyət həmişəki kimi əladır”- deyə cavab verir.

“Cocorobo” adlı robot-tozsoranların istehsalı artıq başlanıb. Adi versiyanın qiyməti 1100 dollar, inteqrasiya edilmiş səs moduluna malik versiyanın qiyməti isə 1600 dollar təşkil edir.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL