Azərbaycanda kompyuter istehsalı üzrə istehsalçı qiymətləri 6,1 faiz ucuzlaşıb
Aprel ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 101,1 faiz təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu bölmədə istehsalçı qiymətləri kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 6,1 faiz, tütün məmulatlarının istehsalı üzrə 4,7 faiz, toxuculuq sənayesi üzrə 3,1 faiz, qida məhsullarının istehsalı üzrə 2,1 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 1,1 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,5 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.
Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 7,4 faiz, kimya sənayesi üzrə 4,7 faiz, neft məhsullarının istehsalı üzrə 1,8 faiz, metallurgiya sənayesi üzrə 1,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, geyim istehsalı üzrə 0,4 faiz, mebel istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz bahalaşıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL