waplog

“Acer” şirkəti yenidən ikinci ən böyük noutbuk tədarükçüsü olub


“Acer” şirkəti 2012-ci ilin birinci rübündə yenidən ikinci ən böyük noutbuk tədarükçüsü olub. Bu barədə “IDC” tədqiqat şirkətinin  məlumatlarına istinadən Tayvanın “DigiTimes” portalı məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Hewlett-Packard” (HP) korporasiyası noutbuk bazarının lideri olaraq qalır; “HP” 2012-ci ilin ilk 3 ayı ərzində 8,9 milyon noutbuk tədarük edib və bunun sayəsində şirkətin bu seqmentdəki payı 17,5 faiz təşkil edib.

İkinci yerdə 14,4 faiz bazar göstəricisi ilə “Acer” şirkəti qərarlaşıb. O, hesabat dövründə 7.3 milyon noutbuk tədarük edib. İkinci yerdə 6.8 milyon noutbuk tədarük etmiş və 13,4 faiz bazar payına malik Çinin “Lenova” şirkəti qərarlaşıb.

“Dell” və “Asustek Computer” şirkətləri noutbuk seqmentində müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşdürüblər: onlar keçən rüb ərzində müvafiq olaraq 5,5 və 4,9 milyon noutbuk tədarük ediblər.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL