“Nokia” ətraf mühitə qayğı göstərir
Dünyanın 1 nömrəli mobil telefon brendi “Nokia” ekoloji baxımdan da dünyada birincidir. Şirkətin Azərbaycan nümayəndəliyi “Mobitel” şirkətidir. Dünya markası ekoloji cəhətləri qoruyan 10 faktını açıqlayıb.
1.Telefonunuzu təşkil edən materialların 100%-i təkrar emal oluna və yeni məhsulun və ya enerjinin alınması üçün istifadə edilə bilər.
2.Bundan əlavə, “Nokia” qablaşdırmasının 100%-i yenidən emal üçün yararlıdır.
3.Son 5 ildə “Nokia” qablaşdırmanın ölçüsünü azaltmaqla 240 min ton kağıza qənaət etmişdi. Bu, “Titanik” gəmisinin çəkisinin 5 misli qədərdir.
4.İllər boyunca “Nokia” plastik materialını kağız material ilə əvəz etməkdədir. Hal-hazırda qablaşdırmanın 95%-i yenidən bərpa edilə bilən kağız materiallardan hazırlanır.
5.Əgər “Nokia” istifadəçisi telefonun istifadə müddətinin sonunda, heç olmasa, bir telefonu yenidən emal üçün təhvil verərsə, bu zaman “Nokia” 125 min ton xammala qənaət etmiş olur. Müqayisə üçün deyə bilərik ki, bu, dünyada olan bütün qızılın çəkisi qədərdir.
6.Qlobal istehlakçı sorğumuzun nəticələrinə əsasən, köhnə mobil telefonların 44%-i evdə istifadəsiz olaraq qalmaqdadır və yenidən emal üçün təhvil verilməyib.
7.Dünyada insanların yalnız 3%-i mobil telefonlarını yenidən emal üçün təhvil verirlər. “Nokia”nın "Yenidən emal proqramı"nın əsas məqsədi bu göstəricini artırmaqdır.
8.1990-cı illərin axırlarından bəri “Nokia” yenidən emal ilə bağlı kampaniyalar təşkil etməkdədir. “Nokia” mütəmadi olaraq ətraf mühit və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir (Ümumdünya Vəhşi Təbiət Fondu kimi).
9.Hal-hazırda “Nokia”nın yenidən emal ilə bağlı planına 85 ölkə daxildir.
10.2006-cı ildən başlayaraq “Nokia” kiçik və yığcam qablaşdırmalardan istifadə edir. Belə ki, qablaşdırmada istifadə edilən materiallar 60% azaldılmışdır. Son 3 il ərzində, kiçik yığcam qablaşdırma 100 min ton kağıza qənaət etməyə və yük daşıyan maşınların sayını yarıbayarı azaltmağa imkan verib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL