waplog

“Samsung” şirkəti kütləvi istifadə üçün simsiz adapter yaradır


"Samsung" şirkətinin "Qualcomm" və digər şirkətlərlə birlikdə yaratdığı ittifaqın məqsədi smartfon və planşetlər üçün simsiz adapterlərin standartlaşdırılması və yayılması olacaq.

"İCTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən  bildirir ki, Koreyanın "Samsung Electronics" şirkəti və mobil qurğular üçün aparıcı prosessor istehsalçısı olan Amerikanın "Qualcomm" şirkəti yığcam elektronikada simsiz adapter sistemlərinin standartlaşdırılmasını və hazırlanmasını sürətləndirmək niyyəti haqqında bildiriblər.

Tərəfdaşlar bu məqsədlə "Alliance for Wireless Power" (A4WP) adlı ittifaq yaradıblar.Qeyd edim ki, "Samsung" şirkəti simsiz adapter texnologiyasının kütləvi məhsula ("Samsung Galaxy S III" smartfonuna) tətbiq edilməsi haqqında artıq elan edib.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL