waplog

2 min kilometr məsafəni 1 litr yanacaqla qət edə bilən avtomobil yaradılıb


Elçe şəhərində yerləşən Miqel Ernandes Universitetinin tələbələri 2 min kilometr məsafəni 1 litr yanacaqla qət edə bilən avtomobil yaradıblar. Avtomobil transmilli "Royal Datç-Şell" korporasiyası  tərəfindən təşkil edilmiş müsabiqə çərçivəsində hazırlanıb. Yenilik mayın 17-dən 19-dək Rotterdamda keçiriləcək ekoloji marafonda təqdim ediləcək.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Datil-12" adlandırılmış avtomobil prototipinin  uzunluğu 3,2 metr, eni 0,6 metr və hündürlüyü 0,5 metr təşkil edir. Avtomobilin çəkisi müsabiqənin şərtlərinə əsasən, 38 kq təşkil edir. Ən yaxşı ixtira 1 litr benzinlə saatda 25 km-dən az olmayan sürətlə daha çox məsafə qət edə bilən avtomobil sayılacaq.
 




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL