waplog

İxtira və coğrafi göstəricilərin reyestr məlumatlarından çıxarış verilməsi qismən avtomatlaşdırılıb


Azərbaycanda ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üzrə elektron xidmət qismən avtomatlaşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən (SMPDK) həyata keçirilən bu xidmətlə bağlı inzibati reqlament hazırda ictimai müzakirədədir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə SMPDK-dan məlumat verilib. Komitədən qeyd edilib ki, bu xidmət sözügedən sahədə müraciətin və sənədlərin qəbulunu və bu barədə vətəndaşlara ətraflı məlumatların verilməsini əhatə edir: ”Elektron xidmətin göstərilməsinə “Patent haqqında” qanun, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezidentin 2011-ci il 23 may tarixli fərmanı hüquqi əsas verir.

Xidmətin icraçısına gəlincə, sənaye mülkiyyəti obyektlərinin reyestr məlumatlarından çıxarış verilməsi yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir”. İnformativ xidmətlərə daxil olan bu proses ödənişlidir. Belə ki, xidmətin əsas istifadəçiləri olan və Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər müvafiq bank hesabına dövlət rüsumunun ödənilməsi üçün köçürmə aparmalıdırlar.

Bu sahədə elektron xidmət “http://azstand.gov.az/?id=211&lang=1” internet ünvanı üzərindən təqdim edilir. Xidmətin icra müddətinə gəldikdə isə təqdim olunmuş sənədlərdə çatışmazlıq və ya imtina üçün əsas olmadıqda müraciət qeydə alındığı gündən başlayaraq 30 gündən gec olmayaraq çıxarış verilir: ”Komitə tərəfindən qəbul edilmiş müraciət xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbəyə təqdim edilir.

Aidiyyəti şöbədə sənədlərə baxılır, çatışmazlıqlar aşkarlandıqda ərizəçiyə bir aydan gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda bir ay ərzində bu barədə rəhbərliyə məlumat verilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti isə komitənin Patent şöbəsi həyata keçirir”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL