Büdcə təşkilatlarında elektron maliyyə sənədlərinin təchizatı və quraşdırılması üzrə tenderə yekun vuruldu
“Azərbaycan Respublikasının Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibat Uçotu Hesabatları Formalarının (FARABI-Faza 1) təchizatı və quraşdırılması” üzrə keçirilən tenderin qalibi müəyyən edildi.
Tender “Azərbaycan Respublikası Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq” layihəsi çərçivəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilirdi. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, tender çərçivəsində həyata keçiriləcək fəaliyyətlər Dünya Bankının maliyyə vəsaiti hesabına olacaq.
Tenderdə “BestComp Group”, “SİNAM”, “Ultra Computers və Siveco Romania S.A. (Rumıniya) (konsorsium)”, “Colvir SW Solutions” (İngiltərə) və “KomTek” (konsorsium) və Kanadanın “Free Balance İnc.” şirkətləri iştirak edirdi. Tender komissiyasının yekun rəyi ilə “SİNAM” şirkəti tenderin qalibi müəyyən edilib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL