waplog

Qrant müsabiqəsində yüksək texnologiyaların inkişafına xüsusi önəm verilir


Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu 2012-ci ilin 2-ci qrant müsabiqəsini elan edib. Müsabiqə çərçivəsində qrant layihələrinin maliyyələşdirilməsinin həcmi 8,9 milyon manat olacaq.

Burada elmi-tədqiqat müəssisələrinin və digər qurumların elmi fəaliyyətini təkmilləşdirmək və davamlı inkişafını dəstəkləmək, həmçinin, qısa müddət ərzində əhəmiyyətli elmi nəticələr alınmasını stimullaşdırmaq və kadr hazırlığını təmin etmək məqsədi ilə elmin ayrıca götürülmüş sahələrinin və istiqamətlərinin inkişafına böyük həcmli (0,5 milyon manatdan yuxarı) qrantların verilməsi yolu ilə qurumlar tərəfindən təqdim edilmiş pilot layihələrinin maliyyələşdirilməsinə xüsusi diqqət yetiriləcək.

Pilot layihələr yeni yüksək texnologiyaların fiziki əsasları, qeyri-üzvü və  üzvü materiallar əsasında perspektivli nazik təbəqəli sistemlər, yeni kimyəvi və yüksək molekullu birləşmələr və sair  istiqamətləri əhatə edəcək. Bu cür layihələrin ümumi maliyyələşdirmə həcmi 7,5 milyon manat nəzərdə tutulub.

Müsabiqə çərçivəsində texnika elmləri və fizika-riyaziyyat və eləcə də digər fundamental-tətbiqi xarakterli layihələrin orta maliyyə həcmi 10 min manatdan 100 min manata qədər olacaq.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL