Mark Zukerberq mobil xidmətləri 2012-ci ilin əsas prioriteti adlandırıb
"Mobil xidmətlərin inkişafı 2012-ci ilin əsas prioritetidir". "Facebook"un baş direktoru Mark Zukerberq investorlarla görüş zamanı belə bildirib.
2012-ci ilin aprelinə olan məlumata görə, "Facebook"un mobil xidmətlərindən təxminən 488 milyon insan istifadə edib. Lakin sosial şəbəkə nümayəndələri investorlara xəbərdarlıq edib ki, mobil sektorda mənfəətin artması yalnız "Facebook"dan deyil, həmçinin mobil əməliyyat sistemləri, şəbəkə və standartların effektiv işindən asılıdır. "Biz populyar mobil qurğuların "Facebook"u dəstəkləməyə davam edəcəyinə zəmanət veririk" – "Facebook" şirkətinin ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə komissiyasına təqdim etdiyi sənəddə belə qeyd olunub.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL