Mobil trafikin payı 2 il ərzində 10 faizə qədər artıb
“StatCounter” analitik şirkətinin məlumatına görə, mobil qurğu istifadəçilərinin yaratdığı mobil trafikin payı ilk dəfə olaraq internet-trafikin ümumi həcminin 10 faizini təşkil edib.
“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, mobil internetdən istifadə faizi ən çox inkişaf etməkdə olan ölkələrdə artıb.
Məlumat üçün qeyd edim ki, həmin ölkələrdə mobil telefonların sayı fərdi kompyuterlərin sayını ötüb. Asiyada mobil trafikin payı 6.1%-dən 17.8%-dək artıb ki, bu da 2 il ərzində 192% artım deməkdir. Afrikada analoji dövr ərzində mobil trafikin payı 5.8%-dən 14.9%-dək artıb.
Ən aşağı artım (2.9%) Cənubi Amerikada qeydə alınıb. Zimbabve və Nigeriyada mobil trafikin payı müvafiq olaraq 58.1% və 57.9% təşkil edib. Hindistanda isə mobil trafikin payı ümumi internet trafikin 48.2%-ni təşkil edib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL