“Bakıelektrikşəbəkə” ASC elektron xidmətlərin tətbiqinə başlayıb
Ən müasir texnoloji yenilikləri öz işində tətbiq edərək daima inkişaf etməkdə olan "Bakıelektrikşəbəkə" ASC öz abunəçilərinin istifadəsinə yeni elektron xidmət bölməsini təqdim edib.
Bu barədə "İCTnews" elektron xəbər xidməti Səhmdar Cəmiyyətin rəsmi internet səhifəsinə istinadən məlumat verir. İstifadəyə verilən bölmə vasitəsi ilə istehlakçılar enerjiyə olan borclarını öyrənə, borcunu onlayn ödəyə, elektron fakturanı əldə edə və il ərzində bütün ödənişlərini izləyə bilərlər.
Bununla yanaşı, istifadəçilər üçün elektron müraciət etmək və ASC tərəfindən verilmiş cavablarla tanış olmaq imkanı yaradılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL