Vergilər, rüsumlar və inzibati cərimələr elektron qaydada ödəniləcək
Vergi ödəyiciləri artıq dövlət büdcəsinə hesablanmış vergiləri, dövlət rüsumlarını, dövlət torpaqlarının icarə haqqını, maliyyə sanksiyalarını və inzibati cərimələri elektron qaydada ödəyə bilərlər.
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, bunun üçün iki metoddan istifadə etmək mümkündür.
Birinci halda nazirliyin "www.taxes.gov.az" internet səhifəsinin "E-xidmətlər" keçidini seçərək "İnternet vergi idarəsi"ndə "www.e-taxes.gov.az" "Giriş" düyməsini sıxmaq lazımdır. Burada ödəyici "Sistemə giriş səhifəsi"ndə sistemə öz istifadəçi kodunu, parol və şifrəsini daxil edib, "Bölmə" menyusunda "Onlayn Kargüzarlıq & e-VHF" seçib həmin bölməyə daxil olmaqla müvafiq əməliyyatı həyata keçirə bilər. İkinci metoda əsasən isə "http://www.apus.az/" saytında VÖEN daxil etməklə ödənişin elektron qaydada aparılması mümkündür.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL