Hərracda 2,16 milyon avroya satılan fotoaparat
Almaniyanın “Leica” şirkətinin 1923-cü il istehsalı olan fotoaparatı hərracda 2,16 milyon avroya satılıb. Beləliklə, bu fotoaparat dünyanın ən bahalı fotokamerası olub. Bu barədə Avstriyanın “Kleine Zeitung” qəzeti məlumat verib.
“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, nadir fotokameranın yeni sahibi naməlum qalmaq istəyib.
Nəşr qeyd edib ki, hərracda satılmış aparat “Leica” şirkətinin 1923-cü ildə istehsal etdiyi 25 sınaq nümunəsindən biri olub. Hazırda dünyada yalnız 12 belə fotoaparat qalıb.
Məlumat üçün qeyd edim ki, optik mexanizm istehsalı üzrə ixtisaslaşmış Almaniyanın “Leica” şirkətinin əsası 1849-cu ildə qoyulub.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL