waplog

Əgər telefonunuz suya düşübsə...


Mobil telefonla görülən işlər artdıqca telefondan istifadə də artmaqdadır. Artıq telefonla internetə girənlərin sayı kitab oxuyanların sayına görə daha çoxdur.  

Telefonların kütləvi istifadəsi  və insanların sevimli əşyalarına çevrilməsi bu qurğuların qəza nəticəsində zədələnməsinə səbəb ola bilər.

Bu gün telefonu suya düşüb yararsız hala düşən onlarla istifadəçilər var.  Və mobil telefonu suya düşənlər üçün "təcili yardım" məsləhətlərini təqdim edirik:







 1. SƏRİNKEŞ

Telefonun batareyasını təcili çıxarın və sərinkeşin (xalq arasında "ventilyator" deyilir) qarşısına qoyaraq tam qurumasını gözləyin.

2. SAÇ QURUDAN APARAT

Yaxınlığında sərinkeş olmayanlar üçün ən yaxşı seçim saç qurudan aparatdan (fen) istifadə edərək qurutmaqdır.

 3. KAĞIZ və ya PARÇA

Əgər saç qurudan aparatdan da istifadə edə bilmirsinizsə, onda ən yaxşı seçim dəsmaldır. Telefonun qapağını və batareyasını çıxardaraq bütün hissələri kağız və ya parça hissəsinin üzərinə qoyun və qurumasını gözləyin.

 4. DÜYÜ

Nəməmici xüsusiyyətinə görə əsasən duzqabıların içinə qoyulan düyü, telefonun nəmliyini yox etmək üçün ən təsirli həllərdəndir. Telefonu bir qab düyünün içində 1 gecə saxlayın.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL